Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“İnsanların əksəriyyəti modelə ət kimi baxır...” ÖLKƏNİN ƏN BAHALI MODELİ

“İnsanların əksəriyyəti modelə ət kimi baxır...” ÖLKƏNİN ƏN BAHALI MODELİ

Ötən il “Miss Azərbaycan-2019” gözəllik müsabiqəsinin qalibi olan model, aktrisa Səmra Hüseynova Moderator.az-ın qonağıdır. 

 

Gənc model bizimlə söhbətində pandemiya dönəmindəki fəaliyyətindən və cəmiyyətimizin modellərə olan münasibətindən danışdı. 

 

- Bir ilə yaxındır ki, karantindir. Pandemiya hər sahədə olduğu kimi reklam sahəsində də böyük durğunluq yaradıb. Daima aktiv həyat tərzi keçirən biri olaraq bu müddətdə nələr etdiniz?

 

 

- Pandemiya incəsənətin bütün sahəsinə özünü göstərdi. Mən aktiv, sosial həyat keçirən biri olsam da zamanımı evdə keçirməyi sevirəm. Mənim üçün ev hüzurdur. O ki, qaldı pandemiyanın bizim işlərimizə təsirinə. Əlbəttə ki, bizim işlərimizdə də durğunluq yarandı. Modellərin işi markalarla, brendlərlə, geyimlərlə bağlıdır. Sağ olsun dostlarım, onlar olmasaydı pandemiyadan baş açmazdım. Karantin günlərində belə  qaydalara əməl edərək bir çox tanınmış markalarla çalışdım. Çox şükür ki, bu müddət ərzində passiv həyat yaşamadım. Halımdan narazı deyiləm. Həyatda nə baş verirsə yaxşılığa doğru olur. Bugünümüzə şükür. Əgər həyatda yaşayırıqsa demək ki, seçilmişlərdənik.

 

 

- Model sənəti bizdə birmənalı qarşılanmır. Çox zaman açıq geyimlərinə görə modellərimiz qınaq atəşinə məruz qalır. Sizcə cəmiyyət olaraq bu sənəti niyə qəbul edə bilmirik? 

 

- Tamaşaçılarımız bugünkü modelləri izləməyə tam hazır deyil. Cəmiyyətimizdə insanların əksəriyyəti modelə ət kimi baxır. Bu düşüncə var olduğu təqdirdə biz hər zaman problemlərlə üzləşəcəyik. Mən modeləm və arıq olmlıyam. Reklamını etdiyim geyimi elə daşımalıyam ki, əynimdə sadəcə libası izləyiciyə çatdıra bilim. Mən izləyicilərə  bədənimi  göstərməməliyəm. Bəzən olur ki, alt geyimləri markaları ilə işləyirəm. Burda qəbahət heç nə yoxdur. Hamımız alt geyim alırıq. Hansı birimiz soyunsaq o saat bizə ət  kimi baxacaqlar. Nədənsə biz cəmiyyət olaraq modelin təqdim etdiyi geyimlərdə zərifik, gözəllik axtarmırıq. İnanın ki, bu mövzuda ən çox problemi mən yaşayıram. Hətta hansısa şəklim skandal olanda yaxın dostlarımla belə bu mövzuda problemlərim olur. Bir şeyi unutmasınlar ki, mənim işim hər şeydən və hər kəsdən önəmlidir. Buna görə də heç nəyə fikir vermirəm. Çünki işim gələcəyimdir,  ümidimdir, sevgimdir. 

 

 

- Bir neçə il bundan öncə komediya serialda rol alırdınız. Bu gün isə serialların bu qədər çoxaldığı bir dönəmdə sizi heç bir  film və seriallarda görmürük. Bunun xüsusi bir səbəbi varmı? 

 

- Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət  Universitetinin “rejissor və aktyor” ixtisasını bitirmişəm. Lakin uşaqlıqdan modelləri izləyirdim. Elə o zamandan özüm də arıq idim və onlara baxıb həvəslənirdim. Bilirdim ki, modelin sənəti olmur. Ancaq model hər zaman aktrisa da ola bilər, reklama da çəkilə bilər. Bir növ aktrisa kimi öz peşəmə sahibləndim. Hazırda özümü Azərbaycanda nümayiş olunan heç bir kino və serialda görmürəm. Açığı hər dəfə mail adresimi  yoxladıqda yeni film, serial təklifini gəldiyinin şahidi oluram. İmtina etməyimin səbəbi ssenarilərimizin zəifliyindən qaynaqlanır. Özümü həmin ssenaristlərin yazdığı obrazlarda görmürəm. Bir çox obrazları peşəkar şəkildə canlandıra bilərəm. İnsan daha çox özünə aid rolu oynamalıdır. Bir aktrisanı hər rolda təcrübədən keçirməyi doğru hesab etmirəm.  Əgər bu gün  dedektiv janra çəkilirəmsə o üzrə püxtələşmək istəyirəm. Deyirlər aktrisa hər rolu bacarmalıdır. Mən bu  fikirlə  razı deyiləm. Aktrisa hər rolu bacarsa ürəyindən xəsarət alar. Mən seriala başlayandan bir ay sonra səhəttimdə problem yarandı. Çünki rola girirsən, canlandırdığın aktrisanın həyatını yaşayırsan. İnşallah nə zamansa maraqlı film təklifi ilə qarşılaşsam, onun ssenarisi mənə təsir etsə dəyərləndirəcəm.

 

 

- Günü gündən “İnstagram modelləri”nin sayı artır. Hər kəs bu gün “instagram modeli” vəzfəsində işləyir. Bu dırnaqarası modellərə münasibətiniz necədir? 

 

-İnstagram modelləri toplum üçündür. İnsanları qınamıram. Kim necə pul qazanırsa ona da qarışmıram. Peşəkar model olmaq üçün ilk  növbədə ruhun azad olmalıdır. Heç nədən çəkinməməli, azad düşüncəli olmalısan. Kamera qarşısına keçəndə özünü yox libasını təqdim etməyi bacarmalısan. Düşünürəm ki, bu gün məndən müsahibə alırsınızsa demək ki, siz özünüz də fərqi görürsünüz. Model bədənini deyil, libasını təqdim etməlidir. Bədənini reklam edənlər başqadır, libası təqdim edənlər başqa. Libası təqdim edənlərin fikri azad olmalıdır. Hətta çimərlik geyimini də reklam edə bilərəm. Amma biri var bunu geyinib arxanı, biri də var o geyimin formasını reklam edəsən. Yəqin ki, siz nə demək istədiyimi anladınız. Büsqalter geyinib, onu elə təqdim edərəm ki, büsqalterin forması görünər. Məsələn aşırı dekolteli libas geyinib onu elə təqdim edə bilərəm ki, ancaq bədənim görünər.  

 

- Ötən il “Miss Azərbaycan 2019” gözəllik yarışmasının qalibi oldunuz. Ondan sonra sosial şəbəkələrdə bir çox gözəllik yarışlarının keçirildiyini eşitdik. Bu müsabiqələrdən heç də gözəl olmayan modellər qalib olması müzakirələrə səbəb olmuşdu. Buna reaksiyanız necə oldu?

 

-Sonuncu dəfə keçirilən “Miss Azərbaycan  2019” gözəllik müsabiqəsinin qalibi mən olmuşam. Açığı özümdən sonra heç kimi görməmişəm. Siz deyirsiniz, amma mənsən sonra hələ ortaya gözəl çıxmayıb. Varsa mənə təqdim edin(gülürük). 

 

Xəyalə Məmmədova