Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Klipinə görə Damla 12 min manatlıq maşını torpağa basdırdı - VİDEO

Klipinə görə Damla 12 min manatlıq maşını torpağa basdırdı - VİDEO

Müğənni Damlanın musiqisevərlərə yeni təqdim etdiyi “Üzərlik” klipi ilə bağlı detal müəyyən olub.  

Klipin rejissoru Delee Oruclu BAKU.WS-ə açıqlama verərək bildirib ki, ekran işinin çəkilişində istifadə edilən avtomobil müğənniyə baha başa gəlib.  

Belə ki, torpağa basdırılan “Subaru” markalı maşın üçün Damla 12 min manatından keçməli olub.  

Xatırladaq ki, kompozisiyanın söz və musiqisi repçi YAP10-a, aranjımanı isə Elvin Musayevə aiddir. Damlanın imici üzərində məşhur stilist Elnur Həsənov çalışıb.