Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə Videolar

Azərbaycanlı qadınları fahişəliyə cəlb edən Sevincin şok əməlləri — TƏFƏRRÜAT

Azərbaycanlı qadınları fahişəliyə cəlb edən Sevincin şok əməlləri — TƏFƏRRÜAT

Azərbaycanlı qadınları cinsi istismara məruz qoymaqda ittiham olunan şəxs həbs edilib.

 

 

Teleqraf.co—un xəbərinə görə, Sevinc Məmməd qızı Durmuşovanın barəsində Cinayət Məcəlləsinin 144-1.2.1-ci (iki və ya daha çox şəxs barəsində insan alveri törətmək), 144-1.2.2-ci (təkrar insan alveri törətmək), 144-1.2.4-1-ci (insan alveri qurbanını Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə törədildikdə) və 144-3.4-cü (insan alveri məqsədi ilə hər hansı bir şəxsin şəxsiyyət vəsiqəsini, pasportunu və ya şəxsiyyətini təsdiq edən digər sənədini, yaxud yol (sərhədkeçmə) sənədini götürmə, saxlama, gizlətmə, zədələmə və ya məhvetmə) maddələri ilə ittiham elan edilib.

 

İttihama görə, Sevinc Durmuşova Azərbaycan vətəndaşı olan bir qrup qadını ölkə hüdudlarından kənara aparıb, orada cinsi istismara məruz qoyub.

 

Bir qrup qadının Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə şikayəti əsasında Sevinc Durmuşovanın barəsində cinayət işi başlanıb.

 

İstintaq orqanı tərəfindən Sevinc Durmuşovanın barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Nərimanov rayon Məhkəməsinə təqdimat verilib.

 

Hakim Vüsal Qurbanovun sədrliyi ilə baş tutan iclasda istintaq orqanını təqdimatı təmin olunub.

 

Sevinc Durmuşovanın barəsində həbs qətimkan tədbiri seçilib.

 

İstintaq gedir.