Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Kəmaləddin Heydərov, Azad Rəhimov postunu itirəcək, Cavid Qurbanov daha yüksək vəzifəyə yüksələcək” - Ekstrasens Azra Məcid

“Kəmaləddin Heydərov, Azad Rəhimov postunu itirəcək, Cavid Qurbanov daha yüksək vəzifəyə yüksələcək” - Ekstrasens Azra Məcid

Azra Məcidova illər öncə Rusiyaya köçərək orada fəaliyyətini davam etdirib. Rusiyanın məşhur simalarının yaxından tanıdığı ekstrasens hər zaman dəqiq proqnozları ilə seçilənlər sırasında olub. İxtisasca parapsixoloq olan Azra Məcidova artıq vətəninə geri dönərək, burada fəaliyyətini davam etdirir.   İstərdim ki, ilk olaraq dünyəvi bir problemdən

- "COVİD 19" virusundan danışaq.
Sizcə 2021-ci ildə bizi nələr gözləyir? 


  - Mən bəzi ekstrasenslərdən fərqli olaraq "hər şey düzələcək" demirəm, çünki düzəlməyəcək. Bu proses ümumilikdə 2 il davam etməlidir. Hələ mart ayında 1 il tamam olacaq. Dünyada oyanış ən yaxşı halda 2022-ci ildə başlayacaq, hər şey müsbətə doğru dəyişəcək. Amma onu da deyim ki, bir neçə ay sonra Azərbaycanda sərt karantin rejimi bitəcək, müəyyən qadağalar çərçivəsində kiçik yığıncaqlar keçiriləcək, bəzi məhdudiyyətlər aradan qaldırılacaq. Bir çox ölkə vaksinlərdən imtina edəcək. Çünki effektiv nəticə olmayacaq. 

  - Deyirlər dünya növbəti virusla üz-üzə qalmaq təhlükəsini yaşayır. Bu barədə fikirləriniz necədir? 

- Əslində bütün bunlar təsadüf deyil. Hər şey düşünülmüş şəkildə baş verir. Amerika hər zaman çalışır ki, Çini zəiflətsin. Ona görə də son olaylar baş verdi. Onlar fikirləşirdilər ki, bu virus Çindən kənara çıxmayacaq, amma əksi oldu, dünyaya yayıldı. Gözlənilməz olaylar baş verdi. Düşünmürəm ki, 2-ci dəfə belə bir riski gözə alarlar. Onsuz da Çin 2-ci güclü dövlət ola bilməyəcək. Həmişə olduğu kimi bu il yenə də 2-ci güclü dövlət Rusiya olacaq. Dünyanın gücü olan Amerikada təxmini 4-5 il sonra çox böyük fəlakət baş verəcək. Bu zəlzələ, partlayış və s. ola bilər. Bu hadisəyə bənzər bir gərginlik Türkiyədə də yaşanacaq. Amma Amerikadan daha tez baş verəcək. 

- Bəs ölkəmizdə vəziyyət necə olacaq? Müharibədən sonrakı dönəmi necə proqnozlaşdırırsınız? 

- Sözsüz ki, müharibədən çıxmış bir ölkə olaraq müəyyən çətinliklər olacaq, ilin ilk yarısı daha ağır keçəcək. Müharibə bitib, bəli, lakin hər şey bir anda düzələ bilməz. İstər işğaldan azad olunan torpaqlarda, istərsə Bakıda müəyyən xoşagəlməz hadisələr olacaq. Amma insanlar bədbinliyə köklənməsin. Sadəcə daha diqqətli olsun. Kütləvi yerlərdən çəkinsinlər. Çünki təxribatlar hələki qaçılmazdır. Aprel-may aylarından sonra hər şey düzələcək, güclü inkişaf gedəcək. Nəinki bölgələrdə, hətta paytaxtda da yeni fabrik və zavodların tikiləcəyini görürəm. Bu tip genişmiqyaslı işlərdə həm Rusiya, həm də xüsusilə Türkiyə bizimlə əməkdaşlıq edəcək. Ərdoğan hakimiyyətdə olduğu müddətdə Azərbaycan çox böyük işlərə imza atacaq. Çox bağlı qapılar açılacaq. Ərdoğanın möhkəmləndirdiyi qardaşlıq əlaqələri ondan sonra da davam edəcək.

- Rusiyadan söz düşmüşkən, sülhməramlılarla bağlı fikirlərinizi eşitmək istərdik. Sizcə onlar növbəti 5 ildə də  Qarabağda olacaq, ya necə? 

  - Yox, qəti. Çox təəssüf ki, onlar sülh yaratmaqla məşğul deyillər. Əksinə cəbhədə gərginlik yaradırlar, hətta bir çox ölümlərin də səbəbkarıdırlar. Elə buna görə də cənab prezident tezliklə problemi həll edərək onları oradan uzaqlaşdıracaq. Bir də vaxt gələcək heç onlara ehtiyac da qalmayacaq. Çünki Azərbaycanla Ermənistanın barışığı olacaq. 

  - Bəs Türkiyə mehmetçikləri? 

- Türkiyə bizim yanımızda olacaq, amma onları da çox çətin günlər gözləyir. Çox təəssüf ki, qardaş Türkiyədə növbəti 2-3 ildə yeni və böyük terror hadisəsi olacaq. Həmçinin Ərdoğanın səhhətində çox ciddi problemlər yaranacaq. Bu hadisələr onun ailəsindən də yan keçməyəcək. Vəziyyət o qədər qəlizləşəcək ki, hətta təxmini 3 il sonra Ərdoğan hakimiyyətdə olmayacaq.

- Nə kimi xəstəlik? 

- İstəmirəm bu barədə ətraflı fikir bildirim. Əslində bu tip problemlə başqa prezident də üzləşəcək. Tək Ərdoğan deyil. 

- Kim?

- Putin. 

- Sizcə o, hazırda hansısa xəstəlikdən əziyyət çəkir? 

- Onun tam sağlam olduğunu deyə bilməyəcəm. Amma istefa verəcək qədər də vəziyyəti ağır deyil. 

- Yaxşı gəlin belə deyək, sizcə yaxın gələcəkdə Putinin prezidentlik kürsüsündən istefa ilə ayrılacağı gözlənilir? 

- Əgər söhbət 2-3 il sonradan gedirsə, bəli, gözlənilir. Amma bu il o, öz işini davam etdirəcək. 

- Bəs Ermənistanın vəziyyəti necə olacaq? 

- Orada vəziyyət gün keçdikcə daha da pisləşəcək. Aclıq, ölkədaxili çaxnaşmalar davam edəcək. Xalq Paşinyanı devirmək istəsə də, bu, baş verməyəcək. O, hələ uzun illər hakimiyyətdə qalacaq. Ermənistanın imdad dilədiyi, yalvardığı bütün ölkələr ondan üz döndərəcək. Hətta Azərbaycanla barışığın səbəblərindən biri də bu, olacaq. Sanki son ümid yeri biz olacağıq. Unutmamış bunu da deyim ki, Paşinyan hakimiyyətdən gedəndən sonra Ermənistanda yaşamayacaq. Hansısa Avropa ölkəsində və ya Amerikada yaşayacaq.

- Azərbaycanda hakimiyyətdə olan şəxslər arasında vəzifəsini itirənlər olacaq? 

- Azərbaycanda yüksək kürsüdə oturan çox insan hakimiyyətdən gedəcək. Məsələn illərdir Kəmaləddin Heydərovun gedəcəyi deyilir, bu da reallaşa bilər. Daha sonra Gənclər və İdman naziri Azad Rəhimov da postunu itirəcək. Ən pisi odur ki, o ətrafındakılara çox güvənir, elə "yaxın" bildiyi insanlar da ona problem yaradır. Təəssüf ki, çox adam əslində onun necə xeyirxah insan olduğunu bilmir. Zakir Həsənov bu il sağlamlığında problem yaşayacaq. Daha dəqiq desəm ürək, qan-damar sistemində.  Əgər vəziyyəti yaxşı olsa vəzifəsini icra edə biləcək. İşi ilə bağlı heç nə görə bilmirəm, çünki bütün problemlər sağlamlığı ilə bağlı olacaq. Sağlamlıq demişkən, Səhiyyə naziri Oqtay Şirəliyev də öz kürsüsündə qalacaq. Son illər prezidentin və xalqın etimadını qazanan Hikmət Hacıyev də uzun illər hakimiyyətdə olacaq. ADY-nin sədri Cavid Qurbanovun daha yüksək vəzifəyə qalxacağı gözlənilir. Ceyhun Bayramov, Mikayıl Cabbarov da bu il işini davam etdirəcək. 
Instagram @azra_majid_officialj