Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Azərbaycanda “xınayaxdı” keçirənlər saxlanıldı FOTOLAR

Azərbaycanda “xınayaxdı” keçirənlər saxlanıldı FOTOLAR Tovuzda karantin qaydalarına zidd olaraq təşkil olunan xınayaxdı məclisinin qarşısı alınıb.    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.   Tovuz Rayon Polis Şöbəsinə rayonun Abulbəyli kəndində yaşayan Yaqub Məmmədovun karantin rejiminin qaydalarını pozaraq gizli şəkildə qızına "xınayaxdı” mərasimi keçirməsi barədə məlumat daxil olub.    Polis əməkdaşları dərhal sözügedən ünvana gəlib və 40 nəfərlik məclisin keçirilməsinin qarşısını alıb. Bəlli olub ki, Yaqub Məmmədov polisdən yayınmaq üçün xına mərasimini qudası Fazil Mehdiyevin evində keçirib.    Məclisdə iştirak edən bir neçə nəfər şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar. Məclisdə iştirak edib, polisdən yayınmağa cəhd edən digər şəxslər barəsində araşdırmalar davam etdirilir.