Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Bakıda piyadanı avtomobillə vuraraq qaçan qadın saxlanılıb

Bakıda piyadanı avtomobillə vuraraq qaçan qadın saxlanılıb Bakıda qadın sürücü saxlanılıb.

SHOWNEWS.AZ xəbər verir ki, Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 1-də Bakı şəhər sakini S.Hüseynovun xəsarət alması ilə nəticələnən yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Hyundai” markalı avtomobilin sürücüsü, paytaxt sakini Ç.Əliyeva müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.