Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə Videolar

Qadının və qızının ağzını bağlayıb... - BAKIDA DƏHŞƏTLİ CİNAYƏT

Qadının və qızının ağzını bağlayıb... - BAKIDA DƏHŞƏTLİ CİNAYƏT Sabunçu rayon sakini Afət Əzizovanın evindən oğurluq edən şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyindən SHOWNEWS.az-a verilən məlumata görə, martın 15-də Sabunçu rayonunun 2-ci Zabrat qəsəbəsi ərazisində yaşayan Afət Əzizovanın evinə girmiş 2 maskalı şəxs onun və qızı Firuzənin qol və ağızını yapışqanlı lentlə bağlayıb bıçaqla hədələyərək oradan 1700 manat pul oğurlayıblar. Sabunçu RPİ 15-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Ramin Ağayev və Ceyhun Adıgözəlov saxlanılıb.