Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Vüqar Səfərlinin sürücüsü də HƏBS EDİLDİ

Vüqar Səfərlinin sürücüsü də HƏBS EDİLDİ

Bu gün həbs edilən KİVDF-nin keçmiş icraçı direktoru Vüqar Səfərlinin sürücüsü Əlikram Güləhmədov da saxlanılıb.

SHOWNEWS.AZ xəbər verir ki, Ə.Güləhmədov müdiri Vüqar Səfəliyə qarşı irəli sürülən eyni istintaq işi üzrə həbs olunub.

Qeyd edək ki, Vüqar Səfərli bu gün həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 308-2.4 (satınalma prosedurları keçirilmədən külli miqdarda ziyan vurmaqla dövlət vəsaitlərini xərcləmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.


Onu da əlavə edək ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) həbs edilən sabiq icraçı direktoru Vüqar Səfərli 12 il müddətinə azadlıqdan məhrum edilə bilər.