Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Bakıda intihar edən qızın kimliyi bəlli oldu - 25 yaşlı Könül...

Bakıda intihar edən qızın kimliyi bəlli oldu - 25 yaşlı Könül... Xəbər verdiyimiz kimi, dünən günorta saatlarında Sabunçu rayonunda, metronun "Koroğlu” stansiyasının yaxınlığındakı körpüdə intihar hadisəsi baş verib. Lent.az xəbər verir ki, intihar edən şəxsin 1993-cü ildə doğulduğu və adının Könül olduğu məlum olub. İntiharın səbəbi məlum deyil. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Xatırladaq ki, sözügedən körpüdə dəfələrlə intihar hadisəsi baş verdiyi üçün həmin ərazidə mühafizə polisi xidmət aparırdı. Lakin, dünən baş verən hadisə zamanı polisin ərazidə olub-olmadığı bilinmir.