Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Bakıda 4 kq-a yaxın heroin satmaq istəyən saxlanıldı

Bakıda 4 kq-a yaxın heroin satmaq istəyən saxlanıldı

Nərimanov rayonunda 4 kiloqrama yaxın heroini satmaq istəyən şəxs saxlanılıb.

SHOWNEWS.AZ DİN-ə istinadən xəbər verir ki, narkotik vasitələrin alışı və satışı ilə məşğul olmaqda şübhəli bilinən vətəndaş Tural Məcidov Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Şəxsi axtarış zamanı ondan ümumi çəkisi 3 kiloqram 835 qram olan narkotik vasitə heroin aşkar edilib.

T.Məcidov şəxsiyyəti istintaqa məlum olmayan xarici ölkələrdən birinin vətəndaşı ilə sosial şəbəkələrdə əlaqə yaradaraq narkotik vasitələrin Bakı şəhərinə gətirilməsinə köməklik edib. Saxlanılan şəxs həmin xarici ölkə vətəndaşının tapşırığı ilə narkotik maddələri paytaxtın müxtəlif yerlərinə qoymaqla ayrı-ayrı şəxslərə çatdırılmasını təşkil etməli imiş.

Tural Məcidov ifadəsində narkotik vasitələri satmaq məqsədi ilə əldə etdiyini etiraf edib.

Qeyd edilən faktla bağlı saxlanılan şəxs barəsində Nərimanov RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. T.Məcidov tutularaq istintaqa cəlb olunub, araşdırmalar davam etdirilir.