Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Bakıda "Kamaz" ilə "Jiquli" toqquşdu - 1 NƏFƏR ÖLDÜ FOTOLAR

Bakıda "Kamaz" ilə "Jiquli" toqquşdu - 1 NƏFƏR ÖLDÜ FOTOLAR

Bu gün günorta saatlarında Bakıda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Oxu.az xəbər verir ki, hadisə Qaradağ postunda baş verib.

Belə ki, “KamAZ” markalı yük avtomobili ilə “Vaz 2107” markalı avtomobil toqquşub. Qəza nəticəsində “Vaz 2107” markalı avtomobilin sürücüsü 1984-ci il təvəllüdlü Mənsur Aydın oğlu Qasımov dünyasını dəyişib. 

Hadisə yerinə dərhal YPX və FHN əməkdaşları cəlb olunub. Ölən şəxsin meyiti Xüsusi Riskli Xilasetmə Xidməti tərəfindən deformasiyaya uğramış avtomobildən çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.