Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Mollanın 3 uşaq anası olan qadını qətlə yetirməsinin TƏFƏRRÜATI

Mollanın 3 uşaq anası olan qadını qətlə yetirməsinin TƏFƏRRÜATI

Lerik rayonun Barzavu kəndində baş verən qətllə bağlı bəzi detallar məlum olub.

 

SHOWNEWS.AZ-ın Oxu.Az-a istinadən verdiyi məlumatına görə, 1971-ci il təvəllüdlü Murad Əskərov kənd camaatının ödənişi ilə yasin surəsi oxuyan şəxs olub.

 

Qətlə yetirilən qadının üç oğlu olub. Oğlunun biri Bakı şəhərində işləyir, biri hərbi xidmətdədir, digəri isə onunla birlikdə kəndə yaşayıb. Mərhumun həyat yoldaşı Rusiyadadır.

 

M.Əsgərov ötən ilin dekabr ayında da qadınla cinsi əlaqədə olmaq istəyib. Amma Zəkifə Fərziyeva etiraz edərək onu evindən qovub. 

 

Bu ilin aprelin 28-də günorta saatlarında M.Əsgərov sahədə kartof əkirmiş, Zəkifə Fərziyevanın oğlunun evdən çıxaraq, meşəyə odun gətirməyə getdiyini görüb və gizli şəkildə mərhumun evinə gəlib. M.Əskərov onunla cinsi əlaqədə olmaq istəsə də, qadın qışqırıb. Bu zaman o, cibində gəzdirdiyi bıçaqla Z.Fərziyevanın boğazına xəsarət yetirib. 

 

M.Əsgərov ilkin ifadəsində qadını bıçaqla yaralayaraq onu qorxutmaq istədiyini bildirib. O, qadının baş verən hadisəni başqalarına danışacağından ehtiyat etdiyi üçün mərhuma yeddi bıçaq zərbəsi endirib.

 

Zəkifə Fərziyeva onu qətlə yetirən şəxsin qardaşının baldızı olub.