Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Boşanmaq istəyən arvadını məhkəmənin önündə öldürdü

Boşanmaq istəyən arvadını məhkəmənin önündə öldürdü

Tərtərdə kişi arvadını rayon məhkəməsinin qarşısında qətlə yetirib.

“Report” xəbər verir ki, hadisədən əvvəl cütlük boşanmaq üçün məhkəməyə müraciət edib.

Bu gün boşanma iddiası üzrə növbəti məhkəmə iclası keçirilib. İclasdan sonra Anar Əliyev həyat yoldaşı Arzu Abbasova ilə mübahisə edib və bu zaman ona bir neçə bıçaq zərbəsi vuraraq qətlə yetirib.

 

Faktla bağlı araşdırma aparılır.

***

Tərtər rayon prokurorluğundan "Qafqazinfo"ya verilən məlumata görə, iyunun 18-i saat 11 radələrində Tərtər rayonu ərazisində 1995-ci il təvəllüdlü Arzu Abbasova öldürülüb. Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri 1987-ci il təvəllüdlü Anar Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Arzu Abbasovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Tərtər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Anar Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.