Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Gizlən-qaç” oynayan azyaşlı qız uşağını aldatdı və.... CİNAYƏTİN TƏFƏRRÜATI

“Gizlən-qaç” oynayan azyaşlı qız uşağını aldatdı və.... CİNAYƏTİN TƏFƏRRÜATI

Yevlaxda “gizlən-qaç” oynayan uşağın qızıl sepini qırıb boynundan qopararaq satan kişiyə hökm oxunub. 

“Qafqazinfo” xəbər verir ki, hadisə bu il mayın 30-da saat 17.00 radələrində Yevlax Rayon İcra Hakimiyyətinin qarşısındakı parkda baş verib. 

Belə ki, Həsən Vahidov azyaşlını aldadaraq öz ilə aparıb və uşağın boynundakı qızıl sepi qıraraq hadisə yerindən uzaqlaşıb. 

 

Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən H.Vahidov törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslərə barışdığını, maddi imkanı zəif olduğu üçün bu əməli törətdiyini deyib: “Piyada gedən zaman Yevlax şəhər İcra Hakimiyyətinin yaxınlığından keçərkən, gözəllik salonun qarşısında iki uşağın “gizlən qaç” oynadıqlarını gördüm. Qızın boğazında qızıl sep var idi. Oğlan gözünü yumanda qızı aldadaraq onu daha yaxşı yerdə gizlədə biləcəyimi dedim və təxminən ərazidən 15-20 metr uzağa apardım. Burada heç kim olmadığı üçün uşağın boğazındakı sepi qırıb, tez qaçdım. Evə çatanda qızıl alış-satışı ilə məşğul olan tanışım Elçinin yanına getdim. Ona yalandan sepin qızıma aid olduğunu, lakin pulum olmadığı üçün məcburən satdığımı dedim. Lakin Elçin evdə elektron tərəzisi olmadığı üçün qızılı çəkə bilmədi. Əvəzində 60 manat pul verdi. Pulun qalanını da qızılı çəkdikdən sonra verəcəyini dedi”. 

Məhkəmənin hökmü ilə Həsən Vahidov 3 il müddətinə azadlıqdan məhrum edilib.