Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Çayxanada mübahisə bıçaqlanma ilə bitdi - 4 yaralı

Çayxanada mübahisə bıçaqlanma ilə bitdi - 4 yaralı

Biləsuvar rayonunda bıçaqlanma hadisəsi olub.

"Qafqazinfo" xəbər verir ki, hadisə ötən axşam rayonun Amankənd kəndində olub.

Belə ki, kənd sakinləri - İsa Abbasov (1990),  Tural Yəhyalı  (1992),  Sənan Yəhyayev  (1989) və Ərəstun Şahmarov  (1995 ) çayxanada olarkən onlardan birinin həmkəndliləri Qoşqar Orucovla mübahisəsi düşüb. Daha sonra Qoşqar buradan uzaqlaşıb.

 

Zərərçəkənlərin sözlərinə görə, bir qədər sonra onlar evə gedərkən yolda Q.Orucov qəfildən onlara bıçaqla hücum edib.

Hadisə zamanı hücuma məruz qalan dörd nəfər müxtəlif dərəcəli bıçaq xəsarətləri alıb. Yaralılar Biləsuvar Rayonu Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəsarət alanlardan Ə.Şahmarov ambulator müalicəyə buraxılıb. Digər 3 nəfərin xəsarəti nisbətən ağır olduğundan xəstəxana şəraitində müalicəyə qəbul olunublar.