Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Bakıda daha bir qadın əri tərəfindən qətlə yetirildi

Bakıda daha bir qadın əri tərəfindən qətlə yetirildi

Noyabrın 29-u saat 13 radələrində 1998-ci il təvəllüdlü Ləman Ələsgərovanın üzərində zorakılıq əlamətləri olan meyiti Sabunçu rayonu, Pirşağı qəsəbəsində kirayədə yaşadığı evin həyətində aşkar edilib.

Prokurorluqdan verilən məlumata görə,  zərərçəkmişin əri, 1990-cı il təvəllüdlü Şəhriyar Ələsgərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Ləman Ələsgərovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Şəhriyar Ələsgərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.