Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

12 yaşlı qıza qarşı əxlaqsızlıq edən gənc həbs olundu - BAKIDA

12 yaşlı qıza qarşı əxlaqsızlıq edən gənc həbs olundu - BAKIDA

Bakıda gənc oğlan azyaşlı qıza qarşı əxlaqsız hərəkətlər edib.
SHOWNEWS.AZ “demokrat.az”a istinadən xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonunda baş verib.

Bakı şəhər sakini Hüseynov Kamal Dəxil oğlu 12 yaşlı qıza qarşı əxlaqsız, intim hərəkətlər edib.

Azyaşlının valideynləri polisə şikayət etdikdən sonra Kamal Hüseynov şikayət əsasında həbs edilib.

İstintaq orqanı tərəfindən Kamal Hüseynovun barəsində Cinayət Məcəlləsinin 153.2-ci (on dörd yaşına çatmayan şəxs barəsində əxlaqsız hərəkətlər etmək) maddəsi ilə ittiham elan edilib.

Qaradağ rayon Məhkəməsinin qərarı ilə Kamal Hüseynovun barəsində həbs qətimkan tədbiri seçilib.

İstintaq gedir.