Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Bakıda avtomobil qəzasında ölən şəxsin meyiti qohumlarından xəbərsiz dəfn edilib? - AÇIQLAMA

Bakıda avtomobil qəzasında ölən şəxsin meyiti qohumlarından xəbərsiz dəfn edilib? - AÇIQLAMA

Bakıda yol-nəqliyyat hadisəsi zamanı ölən şəxs qohumlarından xəbərsiz dəfn edilib. 

Bununla bağlı Oxu.Az-a Buzovna-Maştağa yolunda avqustun 11-də yol-nəqliyyat hadisəsi zamanı ölən şəxs 1971-ci il təvəllüdlü Babayev Həmid Arif oğlunun yaxınları məlumat veriblər.

Onlar mərhumun avqustun 14-də dəfn edildiyini və buna görə də polisdən narazı olduğunu bildiriblər. 

 

Qohumların sözlərinə görə, onlar H.Babayevin itkin düşməsi ilə bağlı polisə müraciət ediblər, sentyabrın 3-də isə “102”yə zəng vuraraq axtarışın tezləşdirilməsini istəyiblər. 

Sentyabrın 5-də H.Babayevin avtomobil qəzasında ölməsi və yaxınlarının axtarılması ilə bağlı məlumat yayımlandıqdan sonra mərhumun qohumları tapılıb. 

İndi mərhumun yaxınları meyitin tez dəfn edilməsi və axtarışın gecikdirilməsi məsələsində Xəzər Rayon Polis İdarəsindən narazıdırlar.

Hüquq-mühafizə orqanlarından Oxu.Az-a verilən məlumata görə, qaydalarla naməlum cəsəd 10 gün ərzində qohumları tapılana kimi morqda saxlanılır. Hadisənin 11 avqust tarixində baş verdiyini nəzərə alaraq, nəzərdə tutulan müddət bitdikdən sonra cəsəd dəfn edilib.