Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Cinsiyyət orqanında narkotik gizlədən qadın tutuldu

Cinsiyyət orqanında narkotik gizlədən qadın tutuldu İran İslam Respublikasından Azərbaycan Respublikasına birlikdə piyada gələn Azərbaycan vətəndaşları saxlanılıb. Lent.az-ın Dövlət Gömrük Komitəsinin saytına istinadən məlumatına görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda Ələsgərov və Ağayeva soyadlı həmin vətəndaşların üzərində şəxsi yoxlama zamanı tibbi baxışa zərurət yarandığı üçün onların daxili orqanları rentgen müayinəsindən keçirilib. Nəticədə qadının cinsiyyət orqanında narkotik vasitələr - 1 bükümdə xalis çəkisi 7,626 qram olan heroin, 1 bükümdə xalis çəkisi 0,382 qram olan tiryək, 79 ədəd metadon adlı həb və güclü təsiredici maddə - 138 ədəd preqabalin adlı dərman preparatı aşkar edilib. Fakt üzrə ilkin izahatında Ələsgərov soyadlı şəxs bu əməli Ağayeva ilə birlikdə törətdiyini etiraf edib. O, vətəndaş nikahında yaşadıqlarını, İranda olarkən adı çəkilən maddələri birlikdə əldə etdiklərini və həmin maddələri Azərbaycan ərazisinə qeyd edilən çirkin üsuldan istifadə etməklə gömrük nəzarətindən gizli keçirmək istədiklərini bildirib.