Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Kiberüsulla bank kartlarından 93 min manat oğurlayıbmış

Kiberüsulla bank kartlarından 93 min manat oğurlayıbmış

Kiberüsüllarla kartlardan külli miqdarda pul oğurlayan şəxs saxlanılıb.

DİN-in Mətbuat xidməti xəbər verir ki, paytaxt sakini olan bir nəfərin bank kartından 22 760 manat vəsait oğurlanıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən 1992-ci il təvəllüdlü Emin Bəşirov saxlanılaraq Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə gətirilib. Araşdırmalarla saxlanılan şəxsin digər analoji əməlləri də müəyyən edilib. Belə ki, onun digər şəxslərin bank kartlarından müxtəlif kiberüsüllarla taladığı və elektron hesabında cəmlədiyi 93 000 manat maddi vəsaitin olduğu da aşkarlanıb.

E.Bəşirovun digər talama cinayətlərinin aşkarlanması istiqamətində tədbirlər davam etdirilir.