Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Rusiyada azərbaycanlı iş adamı öldürüldü

Rusiyada azərbaycanlı iş adamı öldürüldü Moskva yaxınlığında Balaşixa şəhərində azərbaycanlı iş adamı Nazim Əhmədov qətlə yetirilib.   Məlumata görə, 61 yaşlı iş adamı ona məxsus olan "Yunis” adlı mağazaya yaxın parklanma yerində öldürülüb.   Bildirilir ki, parklanma yerində onu qara geyimdə olan naməlum şəxs gözləyib və Nazim avtomobilindən çıxan kimi ona atəş açılıb. Hadisə iş adamının həyat yoldaşının gözü qarşısında baş verib. Əhmədovun qohumları jurnalistlərə danışıblar ki, bundan əvvəl də onu ölümlə təhdid ediblər.   Qeyd edək ki, N.Əhmədov və onun həyat yoldaşı 2010-cu ildən "Yunis” adlı mağazanı idarə ediblər.    Hazırda mağazada işlə bağlı araşdırma aparılır.