Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Qaxda dəhşətli yol qəzası - ölən və yaralananlar var

Qaxda dəhşətli yol qəzası - ölən və yaralananlar var

Qaxda baş verən yol qəzasında 1 nəfər ölüb, 7 nəfər xəsarət alıb.

SHOWNEWS.AZ xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Alatəmir kəndi ərzisində baş verib. “Volkswagen” markalı, “34 BE 852” dövlət nömrə nişanlı minik avtomobili ilə “VAZ-21011” markalı "62 BC 796” dövlət nömrə nişanlı minik avtomobili toqquşub. Nəticədə 1 nəfər hadisə yerində ölüb, ikisi ağır olmaqla 7 nəfər isə Qax Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıblar.

MRX-dan verilən məlumata görə, yaralılardan rayonun Əlibəyli kənd sakini 20 yaşlı Sioşvili Laşa Aludayeviç ağır qapalı kəllə-beyin travması ilə reanimasiya şöbəsinə yerləşdirilib, digər hələki şəxsiyyəti bilinməyən 6 nəfər isə cərrahiyə şöbəsinə yerləşdiriliblər. Hazırda onların müayinə aparılır, şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı Qax rayon Polis Şöbəsində araşdırma aparılır.

APA