Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Məktəbli cizgi film qəhrəmanı kimi geyinib, özünü binadan atdı

Məktəbli cizgi film qəhrəmanı kimi geyinib, özünü binadan atdı

Rusiyanın Sankt-Peterburq şəhərində altıncı sinif şagirdi tənəffüs zamanı məktəbin dördüncü mərtəbəsindən özünü atıb. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Bu barədə 360 TV xəbər yayıb.

 

Bildirilir ki, intihara cəhddən əvvəl uşaq sevimli cizgi filmi (anime) "Ölüm dəftəri"nin qəhrəmanı "Yaqami Layt" kimi qırmızı qalstuk taxıb.

Qeyd edək ki, "Ölüm dəftəri"ndə Ölüm Tanrısının necə darıxdığından söz açılır. Süjetdə fiziki və psixi zorakılıqlar, qeyri-ənənəvi seksual münasibətlər, insanların naturalist formada ölümünü göstərən və qarşılıqlı münasibətlərin mümkün variantlarını nümayiş edən səhnələr göstərilir.

Dekabr ayında Sankt-Peterburq məhkəməsinə bu və bir neçə başqa animenin qadağan olunması iddiası ilə müraciət edilib. /Oxu.az