Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Qarabağda daha bir erməni əsgərin cəsədi tapıldı Axtarışlar dayandırıldı

Qarabağda daha bir erməni əsgərin cəsədi tapıldı Axtarışlar dayandırıldı Ermənistan Silahlı Qüvvələrinin daha bir hərbi qulluqçusunun cəsədi aşkar olunub.     Bu barədə "Sputnik Armenia" məlumat yayıb.   Erməni hərbçinin cəsədi Cəbrayıl rayonunda axtarışlar zamanı tapılıb. Hərbçinin şəxsiyyətini təyin etmək üçün məhkəmə tibbi ekspertizaya göndərilib.   Paralel olaraq axtarış işləri Hadrut, Füzuli, Zəngilan və Ermənistanın Sünik istiqamətindəki sərhədyanı bölgələrdə aparılıb.   Hazırda bölgədə qar yağması səbəbindən axtarış işlərinin aparılması mümkün deyil. Bu səbəbdən axtarış işləri dayandırılıb.   Bu günə qədər Qarabağda axtarışlar zamanı 1247 erməni hərbçinin qalıqları aşkar edilib.   ///BAKU.WS