Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Azərçay”ı görən erməni aktyor Qəzəbini gizlədə bilməyib

“Azərçay”ı görən erməni aktyor Qəzəbini gizlədə bilməyib

Rusiyada yaşayan erməni əsilli aktyor Qarik Martirosyan Azərbaycan çayı içməkdən imtina edib.

SHOWNEWS.AZ “novostiarmenia” telegram kanalına istinadən xəbər verir ki, o, bu hərəkətini Rusiyanın NTV kanalında yayımlanan “Maska” şousunda nümayiş etdirib. 
 

Belə ki, Martirosyandan başqa dörd münsif heyətinin Filip Kirkorov, Valeriya, Reqina Todorenko və Timur Rodrigesin qarşısında sponsorlardan biri olan "Azərçay"ın logosu olan fincanlar olub.


"Azərçay" yazısını görən erməni aktyor qəzəbini gizlədə bilməyib. O, qarşısına qoyulan Azərbaycan çayından imtina etdiyini nümayişkaranə göstərib.
Erməni aktyorun bu hərəkəti sosial şəbəkədə də müzakirələrə səbəb olub.