Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Nəşi tapılan polkovnik-leytenant dəfn edildi

Nəşi tapılan polkovnik-leytenant dəfn edildi

Vətən müharibəsində itkin düşən, daha sonra şəhid olduğu müəyyənləşən polkovnik-leytenant, tabor komandiri Atəm Əliyev bu gün dəfn edilib. 

SHOWNEWS.AZ xəbər verir ki, polkovnik-leytenant doğulduğu Ağdaş rayonunun Abad kəndində torpağa tapşırılıb. 

Dəfn mərasimində rayon sakinləri, şəhidin döyüş yoldaşları, ailə üzvləri iştirak edib. 

Qeyd edək ki, 1982-ci il təvəllüdlü A. Əliyev həyatının 20 ilini Azərbaycan Ordusuna həsr edib. Vətən müharibəsində taboru ilə birlikdə Murovdağın alınmasında iştirak edib, daha sonra həmin istiqamətdə gedən döyüşlərdə itkin düşmüşdü.