Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Bakıda nağıl kimi oğurluq - 173 MİN MANAT GETDİ...

Bakıda nağıl kimi oğurluq - 173 MİN MANAT GETDİ... Günün günorta çağı, Vergilər Nazirliyi yaxınlığındakı "Kapital bank” bankomatını iki nəfər "laqonda” ilə yarıb, 173.000 manatı oğurlayıb. Üzlərində əleyhqaz olub. Axar.az xəbər verir ki, bu məlumatı jurnalist Jalə Mütəllibova yayıb. Səhih xəbər olduğunu xüsusi qeyd edən jurnalist oğruların mühafizəçini aldatdığını da bildirib: "Yaxınlıqdakı mühafizəçi soruşub ki, qardaş, neynirsiniz? Adamlar soyuqqanlılıqla cavab veriblər ki, bəs, "Sanepidemstansiya”dan gəlmişik, buraları dərmanlayırıq. Mühafizəçi o qədər hazırlıqsız və sadəlövh olub ki, ən elementar sualları belə verməyib. Maskalı qardaşlar pulu götürüb gediblər, indi Yasamal polisi də, bank də oğru axtarışındadır...” J.Mütəllibova kamera və rəsmi dövlət qurumları ilə dolu olan ərazidə, günün tən ortasında bankomatı "laqonda” ilə yaran oğruların hərəkətindən təəccübləndiyini gizlətməyib.