Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Şirkət direktoru 2 milyonluq dələduzluğa görə həbs edildi

Şirkət direktoru 2 milyonluq dələduzluğa görə həbs edildi

Bakıda iki milyonluq dələduzluq edən turizm şirkətinin direktoru həbs edilib.

“Qafqazinfo“nun əldə etdiyi məlumata görə, “Avangard Travel” MMC-nin direktoru Yeganə Nağıyeva həbs edilib.

Yeganə Nağıyeva həmin şirkətin təsisçisi olan əri Ədalət Nağıyev ilə birlikdə özlərini turizm sahəsində uzun müddət ərzində işləyən peşəkar şəxslər kimi təqdim edib birgə biznes fəaliyyəti quraraq yüksək gəlir əldə edəcəkləri barədə yalan vəd verilməsi yolu ilə 2 milyondan çox ziyan vuraraq dələduzluq ediblər.

Xatırladaq ki, Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən təşkil olunmuş sual-cavab adlı sessiya (#prokurorluqlasualcavab) zamanı Yeganə Nağıyevanın vətəndaşları aldadaraq xarici ölkələrə turlar təşkil etmək adı altında müxtəlif məbləğlərdə pul vəsaitlərini dələduzluq yolu ilə ələ keçirməsi ilə bağlı çoxsaylı daxil olmuş müraciətlər əsasında cinayət işi başlanmışdı.