Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Rüsvay edəcəyi ilə hədələyib pul istədi, tutuldu

Rüsvay edəcəyi ilə hədələyib pul istədi, tutuldu

Salyan polisinə müraciət edən vətəndaş bir nəfərin fevralın 19-da barəsində rüsvayedici məlumat yayacağı ilə onu hədələyərək 600 manat pulunu almasını bildirib. 

DİN-dən  SHOWNEWS.AZ-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Sarvan kənd sakini, əvvəllər məhkum olunmuş T.Əsədov müəyyən edilərək saxlanılıb. 

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb.