 
                                    
                        Xalq artisti Yalçın Rzazadə vəfat edib.
SHOWNEWS.AZ xəbər verir ki, bu barədə APA-ya mərhumun oğlu Orxan Rzazadə bildirib.
O, atasının uzun sürən xəstəlikdən sonra bu gün axşam saatlarında vəfat etdiyini deyib.
Y.Rzazadə sabah dəfn ediləcək. Onun harada dəfn ediləcəyi dəqiqləşdirilməyib.
Qeyd edək ki, Xalq artisti bir müddət Türkiyəyə müalicəyə getmişdi.
 
             
                     
                     
                     
         
             
             
             
             
             
             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                            



