Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Nəvə 80 yaşlı babasını döyərək, XƏSTƏXANALIQ ETDİ

Nəvə 80 yaşlı babasını döyərək, XƏSTƏXANALIQ ETDİ

Oğuzda nəvə 80 yaşlı babasını döyərək, xəstəxanalıq edib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə bu gün rayonun Tərkeş kəndində baş verib.

Belə ki, 1941-ci il təvəllüdlü Nəriman Bahar oğlu Kərimov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Müayinə zamanı məlum olub ki, 80 yaşlı Nəriman Kərimovu öz doğma nəvəsi, 30 yaşlı Orxan Dağlar oğlu Kərimov döyüb.

Xəstəxanada ilkin tibbi yardım göstərilən babanın vəziyyəti ağır olduğu üçün o, Şəki Rayon Mərkəzi Xəstəxanasına göndərilib. Hadisənin hansı səbəblərdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.