Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Azərbaycanlı məşhurlar avtomobil qəzasına düşdü” - Zirəddinin proqnozu düz çıxdı

“Azərbaycanlı məşhurlar avtomobil qəzasına düşdü” - Zirəddinin proqnozu düz çıxdı

Azərbaycanlı məşhurların olduğu  avtomobil qəzaya düşüb. 
SHOWNEWS.AZ xəbər verir ki, məşhur ekstrasens Zirəddin Rzayev, müğənni Rəvan Qarayev və saz ifaçısı Sərkar Şəmkirli qarlı havada yol qəzası keçirib. 
Hadisə Moskva şəhərində baş verib.

Hadisə haqda SHOWNEWS.AZ-a danışan Rəvan Qarayev qəza baş verməzdən öncə Zirəddin Rzayevin xəbərdarlığından söhbət açıb:

"Restoranda idik. Süfrədə yemək yeyərkən Zirəddin xoşagəlməz hadisənin baş verəcəyini bildirdi. Düzü nə mən, nə Sərkar əhəmiyyət vermədi. Üstündən bir neçə dəqiqə sonra Zirəddin yeni eyni şeyi təkrarladı. Önəmsəmədik. Restorandan çıxıb avtomobilə əyləşib bir neçə dəqiqə yol getdik ki, qarşıdan gələn maşın bizə çırpıldı. Avtomobildə olan qoruyucu hava balonları açıldı.Balonlar açılmasaydı, sükan arxasında olan Zirəddinin vəziyyəti yaxşı olmazdı.  Şükür ki, bizə heç nə olmadı. Təki canımıza gələn malımıza gəlsin.

Qeyd edək ki, qəza nəticəsində Zirəddin Rzayevin "Audi" markalı avtomobilinə xeyli zərər dəyib.