Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Oğurluq edərkən kameraya düşdü

Oğurluq edərkən kameraya düşdü

Binəqədi rayonunda avtomobillərin maqnitafonlarını və binaların girişlərində saxlanılan velosipedləri oğurlayan şəxslər saxlanılıblar.

SHOWNEWS.AZ DİN-ə istinadən xəbər verir ki, əvvəlcə vətəndaş Məhərrəm Kazımov tutulub. Araşdırma zamanı onun 2 avtomobildən oğurluq etməklə yanaşı 3 ədəd velosipedi ələ keçirərək satdığı məlum olub. M.Kazımovun törətdiyi sonuncu velosiped oğurluğu ərazidə olan müşahidə kameraları vasitəsi ilə də lentə alınıb.

 

Analoji cinayətlər etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Faiq İsmayılov da saxlanılıb. Onun Binəqədi rayonunda ümumi dəyəri 1800 manat olan 3 ədəd velosiped oğurladığı məlum olub.