Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Toyota” ilə vurulan qadın öldü

“Toyota” ilə vurulan qadın öldü

Xəzər rayonunun Zuğulba qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, qəza aprelin 8-də saat 21 radələrində qeydə alınıb. 

 

Bakı şəhər sakini Z.İsmayılov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən paytaxt sakini X.Hümbətovanı vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Xəzər RPİ tərəfindən araşdırma aparılır.