Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Yaşıl meydançada qalmaqal - Ruslan Vaqifi söydü, ara qarışdı

Yaşıl meydançada qalmaqal - Ruslan Vaqifi söydü, ara qarışdı

Topaz Premyer Liqasının XXV turu çərçivəsində keçirilən "Keşlə” – "Neftçi” matçında qalmaqal yaşanıb. Bu, matçın 40-cı dəqiqəsində baş verib.

SHOWNEWS.AZ APA-ya istinadla xəbər verir ki, kapitanlar - Vaqif Cavadovla Ruslan Abışovun top uğrunda mübarizəsi ikincinin mövqeyində uduzması və rəqibini arxadan təpiklə vurması ilə nəticələnib. Bu səbəbdən də yığmada komanda yoldaşı olan futbolçular bir-birinə qarşı lazımsız ifadələr işlədiblər. Abışov "Keşlə”lini hətta söyməkdən də çəkinməyib.

Dördüncü hakim Ömər Paşayev isə əsas referi Rəhim Həsənova Ruslanın təpik atdığını deyib və "Neftçi”nin müdafiəçisi sarı vərəqə ilə cəzalandırılıb. Həmin an "ağ-qaralar”ın ehtiyat oyunçular skamyasında yer alan üzvləri də Cavadovla "söhbətə atılıblar” və baş məşqçi Tərlan Əhmədov onlara dəstək olub. Lakin ardından qalmaqalın böyüməsinə imkan verilməyib.

Fasilə zamanı isə "Keşlə”nin baş məşqçisi Yuri Maksimov referiyə söyüş söyən Abışova niyə qırmızı verilmədiyinə etiraz edib.

Qeyd edək ki, "Keşlə" "Neftçi"yə 2:1 hesabı ilə qalib gəlib.