Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Avtomobili sərxoş idarə edən sürücü qəza törətdi

Avtomobili sərxoş idarə edən sürücü qəza törətdi

Ağdamda avtomobil divara çırpılıb.

SHOWNEWS.AZ APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Paşabəyli kəndində baş verib.

1974-cü il təvəllüdlü Heydərov Şakir Nüsrət oğlu idarə etdiyi "Mercedes" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi yol kənarındakı daş divara çırpıb.

Nəticədə sürücü və avtomobildə olan sərnişin ağır bədən xəsarəti alıb. Yaralılar ilkin olaraq Ağdam, daha sonra isə Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Ağdam polisi araşdırma başlayıb. Ilkin ehtimala görə, sürücü avtomobili sərxoş vəziyyətdə idarə etdiyi üçün qəza törədib.