Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Güləşçimiz Avropa Çempionatının FİNALINDA

Güləşçimiz Avropa Çempionatının FİNALINDA

Rusiyanın (Dağıstan) Kaspiysk şəhərində güləş üzrə Avropa çempionatı (AÇ) start götürüb.

SHIOWNEWS.AZ Oxu.Az-a istinadla xəbər verir ki, ilk yarış günündə 55, 63, 77, 87 və 130 kq çəki dərəcələrində mübarizə olub.

Üç idmançımız sabah medal uğrunda döşəyə çıxacaq. Bunlar Eldəniz Əzizli, Elvin Mürsəliyev və İslam Abbasovdur. Onların hər üçünün də 1/2 finaldakı rəqibi meydan sahibi Rusiya idmançıları olsa da, yalnız Eldəniz finala çıxa bilib.

Onun finaldakı rəqibi Estoniya idmançısı Helari Maeqisalu olacaq. Elvin Mürsəliyev və İslam Abbasov isə bürünc medal uğrunda yarışacaq.

Qeyd edə ki, III yer və final görüşləri sabah Bakı vaxtı ilə saat 18:15-dən etibarən keçiriləcək.

55 kq

1/4 final

Eldəniz Əzizli – Nuqzar Surtsumia (Gürcüstan) 9:0

1/2 final

Eldəniz Əzizli – Vladislav Topoyev (Rusiya) 9:7

63 kq

1/8 final

Taleh Məmmədov – Levani Kavcaradze (Gürcüstan) 0:4

77 kq

1/8 final

Elvin Mürsəliyev – Rikkardo Vito Abbreşia (İtaliya) 12:8

1/4 final

Elvin Mürsəliyev – Mixal Volnı (Polşa) 7:2

1/2 final

Elvin Mürsəliyev – Roman Vlasov (Rusiya) 0:4

87 kq

1/8 final

İslam Abbasov – Roman Jernovetski (İsrail) 9:0

1/4 final

İslam Abbasov – Viktor Lörinç (Macarıstan) 3:1

1/2 final

İslam Abbasov – Bəyxan Ozdoyev (Rusiya) 3:4

130 kq

1/8 final

Türmən Eyyubov – Vladislav Voronyi (Ukrayna) 0:3