Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Avtobus qəzasında ikisi azyaşlı olmaqla 6 nəfər yaralandı - Azərbaycanda

Avtobus qəzasında ikisi azyaşlı olmaqla 6 nəfər yaralandı - Azərbaycanda Daşkəsən-Gəncə yolunda sərnişin mikroavtobusunun "VAZ-2106" markalı avtomobil ilə toqquşması nəticəsində xəsarət alanların sayı 6 nəfərə çatıb.   "Report"un Qərb bürosunun məlumatına görə, onlardan biri 11 yaşlı qız, digəri isə 6 yaşlı oğlan uşağıdır.   Qəza zamanı xəsarət alan 1965-ci il təvəllüdlü Verdiyeva Zərqələm, Əliyev Çapay (1957), Allahverdiyev Zahid (1964) və Qurbanov Elşən (1967) Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına, adları hələ ki, məlum olmayan iki azyaşlı isə Gəncə şəhər 2 saylı Uşaq Xəstəxanasına çatdırılıb.   Yaralıların vəziyyəti orta-ağır qiymətləndirilir. Qəza nəticəsində "VAZ-2106" markalı avtomobildə olan 3 nəfərdən biri yüngül xəsarət alıb. Ona hadisə yerində ambulator yardım göstərilib.