Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə Videolar

Məsciddən 5 minə yaxın pul oğurlandı - Azərbaycanda

Məsciddən 5 minə yaxın pul oğurlandı - Azərbaycanda

Masallı rayonu Bədəlan kəndinin Aşurlu məhəlləsində yerləşən məsciddən 2300 manat, 1300 ABŞ dolları, 16400 rus rublu oğurlanıb. 

SHOWNEWS.AZ-ın DİN-ə istinadən verdiyi xəbərə görə, oğurluğu törətməkdə şübhəli bilinən şəxslər - Cəlilabad rayon sakinləri, hər ikisi əvvəllər məhkum olunmuş Əli Zeynalov və Nizami Mahmudov  saxlanılıb. 

Onlar törətdikləri əməli etiraf edib və oğurladıqları pulun müəyyən hissəsi onlardan maddi sübut kimi götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma davam etdirilir.