Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Millimiz Avropa üçüncüsü oldu

Millimiz Avropa üçüncüsü oldu

Rusiyanın Kaspiysk şəhərindəki Avropa çempionatında yunan-Roma güləşçilərinin mübarizəsinə yekun vurulub.

 SHOWNEWS.AZ Publika,az-a xəbər verir ki, Azərbaycan millisi bu növ üzrə yarışı 1 qızıl, 2 gümüş, 2 bürünc medalla başa vurub. Yeganə qızıl medala 55 kq çəki dərəcəsində yer alan Eldəniz Əzizli sahib olub. Murad Məmmədov (60 kq) və Rəsul Çunayev (72 kq) gümüş, Elvin Mürsəliyev (77 kq) və Rafiq Hüseynov (82 kq) bürünc medala sahib olub. Elman Muxtarov (59 kq) və Orxan Nuriyev (97 kq) təsəlliverici görüşlərdə, Taleh Məmmədov (63 kq) və Türmən Eyyubov (130 kq) isə ilk cəhddəcə uduzaraq, mübarizəni dayandırıblar.