Ötən ilin oktyabrın ayında adam öldürməkdə təqsirləndirilən iki dustaq – “Qoca” ləqəbli kriminal aləmin üzvü Etibar Məmmədov və Əli Ağaminin xüsusi təyinatlı vaqondan qaçmasına kömək edən qadın – Günay Atakişiyevanın istintaq ifadəsi məlum olub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, G.Atakişiyeva təqsirini boynuna alıb və Bakı İstintaq Təcridxanasından Ağstafaya kimi baş verən hər şeyi danışıb. O bildirib ki, birgə kirayədə yaşadığı rəfiqəsi Lalə vasitəsilə 6 ay əvvəl “Qoca”nı tanıyıb.
G.Atakişiyeva deyib ki, Lalə uzun müddət əvvəldən Etibar Məmmədovla intim münasibətdə olurmuş: “Lalə deyirdi ki, onlar bir-birlərini sevirlər. Mən də onun telefonu ilə dəfələrlə Etibarın (055) 448-lə başlayan nömrəsinə zəng edib danışmışam. Həmin vaxt Etibar Bakı İstintaq Təcridxanasında saxlanılırdı. 2017-ci ilin sentyabr ayında Lalə, mən və Etibarın dostu Aqillə birgə onun yanına getdik. Orada Etibarı ilk dəfə üzbəüz gördüm. Sonra yenə Lalənin telefonundan Etibarla danışmağa davam etdim. Oktyabrın 19-da Aqil mənə zəng edib dedi ki, Etibar məni görmək istəyir. Mən də Aqillə birgə getdim, Etibarın qardaşı Vüqar da orada idi. Görüşdə Etibar mənə dedi ki, “Bizi 21 oktyabrda Lənkərana məhkəməyə aparacaqlar. Mən qatardan qaçacam. Sənə Aqil açar verəcək, həmin açarı oktyabrın 21-də Biləcəriyə gətirib dustaq daşınan qatarda mənə verərsən”. Mən də qorxduğum üçün açarı apara bilməyəcəyimi dedim. O isə “onda sənə çantada paltar verəcəklər, onu gətirib qatarda mənə verərsən” dedi. Mən onunla razılaşdım.
Oktyabrın 21-də Aqillə Biləcəridə görüşdüm, mənə bir torba verib dedi ki, “bunu Etibara verərsən”. Axşam saat 11 radələrində qatara yaxınlaşdıq, rəis Ceyhun bizi qarşıladı, çantamı yoxladı, amma Etibara verəcəyimiz bağlamaya baxmadı. Onu bizdən alıb özünün verəcəyini dedi. Bir müddət sonra məni Etibarın olduğu otağa apardılar, gördüm ki, həmin torba artıq Etibara verilib. Bir az söhbət edəndən sonra Etibar otaqdan çıxıb başqa dustaqların yanına getdi, sonra qayıtdı. Ümumiyyətlə, Etibar xüsusi vaqonda olarkən çox sərbəst hərəkət edirdi, istədiyi yerə girib çıxırdı. Biz gecəni bir yerdə qaldıq, Lənkəranın Liman stansiyasında düşüb Masallıya getdim”.
G.Atakişiyeva bildirib ki, E.Məmmədovun təkidi ilə geriyə də bir yerdə qayıdıblar: “Mən Masallıda olanda Etibar zəng edib onunla birgə qatarda Bakıya qayıtmağımı istədi. Lənkərana getdim, qarovulda xidmət edən Tural adlı şəxs mənə zəng edib 1-2 saat sonra Liman stansiyasında olmağımı tapşırdı və məni ordan götürəcəklərini dedi. Sonra Etibar zəng edib rəisin telefonu ilə danışdığını dedi. Mən stansiyaya çatandan sonra Tural adlı əməkdaş məni qarşıladı və üstümü yoxlamadan Etibarın yanına apardı. Şirvan şəhərində Aqil də qatara mindi, o Etibarla pıçıltı ilə nəsə danışdı. Aqillə mən orada qatardan düşdük, taksi ilə Bakıya gəldik. Səhər saat 05 radələrində Etibar Aqilə zəng eləyib qatardan qaçdığını dedi və onu “Ağ Saray” şadlıq sarayının yanından götürməyimizi istədi. Biz həmin yerə gedib qatardan qaçan digər dustaq Əli ilə birgə Etibarı götürdük. Lökbatanda da başqa bir oğlan maşına mindi, ordan da Hökməlidə Famil adlı şəxsin evinə getdik. 1-2 saat qalandan sonra mən ordan Sumqayıta, qaldığım evə qayıtdım. Həmin gecə Etibar da gəlib bizdə qaldı. Etibar mənə dedi ki, ona 19 il iş verəcəkləri üçün qaçıb və sərhəddən qanunsuz keçməyi planlaşdırır. Onun tələbi ilə nömrəmi sındırıb atdım, səhəri gün tanış taksi sürücüsü Məhəmmədi çağırdım, mən və Lalə ona Etibar haqda dəfələrlə danışmışdıq deyə qiyabı tanıyırdı. Məhəmməd Etibarın türmədən qaçdığını bilirdi və onu Qazağa aparmaq üçün 150 manata razılaşdı. Etibar 2 adyal və yastıq götürüb maşının “baqaj”ına girdi və orada gedəcəyini dedi. Mənə 800 dollar verib dedi ki, Qazaxda ona qaytarım. Yolda Etibar Məşədi adlı şəxslə 1 saatdan bir danışırdı, Məşədi onu Sadıxlı kəndinə aparıb oradan Gürcüstana keçirəcəkdi. Gecə saat 01 radələrində Qazağa çatdıq, Məhəmməd orada başqa bir taskiyə 23 manat verdi ki, bizə bələdçilik edib Ağsatafa rayonun Sadıxlı kəndinə aparsın. Poylu stansiyasına çatanda gördük qarşıda post var və polislərlər, hərbçilər maşınları yoxlayır. Bu vaxt Etibar Məhəmmədə dedi ki, maşını geri sürsün. Mən Etibara qaçmamasını dedim, amma qulaq asmadı. Arxadan NİVA markalı maşında polislər gəlirdi, biz Poylu kəndinin içində küçəyə girdik. Məhəmməd maşını saxladı, Etibar maşından düşüb ağacların arasına qaçdı. Polislər isə bizi tutub şöbəyə gətirdi”.
Hazırda Günay Atakişiyeva və digər təqsirləndirilən şəxslərin cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
“Gecəni qatarda bir yerdə qaldıq” - “Qoca”ya kömək edən Günay

-
Cabir İmanovun vəfatından bir il ötür
12:29
-
Hüseyn Dəryanın xatirəsinə həsr etdilər - VİDEO
16:20
-
Formula 1-ə görə bağlanan küçələrdə HƏRƏKƏT BƏRPA OLUNDU
15:07
-
Prezidentlə xanımı Bakıdakı Zəfər parkında - FOTOLAR
12:36
-
Vətən müharibəsinin başlamasından altı il keçir - Azərbaycanda Anım Günüdür!
00:53
-
“Dedi, sir-sifətindən xeyir verənə oxşamırsan” - Deputat “qarpız məsələsi”ndən danışdı
20:44
-
Eyni bankdan ikinci kart ala bilməyəcəksiz - YENİ MƏHDUDİYYƏT
18:32
-
Xuraman Şuşalı milli obrazı ilə diqqət çəkdi - FOTOLAR
17:38
-
“Dayımın oğlu yoxdur, onları məktəbə velosipedlə mən aparıb-gətirirəm” - 12 YAŞLI HƏSƏN
13:22
-
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - FOTOLAR
23:35
-
Bakıda 20 min dolları mənimsəyən DÜŞÜNDÜM ALLAH GÖNDƏRİB
19:43
-
Həcc ziyarətinə getmək istəyənlər 10 min manatdan çox ödəməlidir RƏSMİ
17:25
-
“Türkiyə ilə sərhədin açılmasını səbirsizliklə gözləyirəm” - Paşinyan
10:54
-
Yemək vermədiyi üçün arvadını bıçaqlayan ər - Sərbəst buraxıldı
10:50
-
Estetik əməliyyatdan sonra şok iddia - YATANDA DA GÖZLƏRİM AÇIQ QALIR
04:10
-
Tıxaclara görə BDU-da dərslər onlayn keçiriləcək
23:38
-
“İndi sən xatirəsən, mən isə o xatirələrdə yaşayan”
22:47
-
Sərxan Kərəmoğluna Rusiyaya GİRİŞ QADAĞASI QOYULUB
21:47
-
Coffeemania Next-in yeni filialı Elmlərdə açıldı
19:58
-
Tamaşalarımız Türkiyənin ən böyük sənət vəqfi tərəfindən mükafatlandırılacaq - TEATR TARİXİNDƏ İLK
17:59
-
Fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artdı - SİYAHI - FOTOLAR
17:57
-
Aygün Kazımovanın mükəmməl görünüşünün sirri - “Lea Beauty”
16:51
-
“Alim Qasımov Baləli ilə də duet oxusa, pis alınmaz”
22:55
-
Bu qoçun qiyməti 1 milyon dollardır
16:32
-
"Parlamaq əsalətdəndir, sonradan satın alınmaz" - FOTOLAR
14:41
-
Kadir İnanırın mirası açıqlandı
21:12
-
Sevda Yahyayevanın “Kukla”sı BİR GÜNƏ TRENDƏ DÜŞDÜ
20:19
-
Pəncəlinin ailəsində xoş gün - Anar Ələkbərov da iştirak etdi
18:25
-
Anar Ələkbərov Masallıda şəhid ailələri ilə görüşdü - FOTOLAR
20:00
-
Milli Musiqi Günü Üzeyir Hacıbəylinin məzarı ziyarət olunub
16:44
-
“Sən yanımda olduğun müddətdə mən artıq qalib gəlmişəm”
14:58
-
Bakıda 13 yaşlı qızın hamilə olması üzə çıxdı - Oğlana bu cəza verildi
12:06
-
"Ölkələrimizdə əhalinin artması prosesi müşahidə olunur" - Prezident
20:45
-
Azərbaycan lideri xanımı ilə ziyarətgahda - FOTOLAR
18:10
-
“103” xəttini boş yerə məşğul edən qadın saxlanıldı
23:05
-
Azərbaycan sosial müdafiə və sosial təminat xərclərini 1 % artırır
23:02
-
Bakıda Beynəlxalq Gözəllik və Estetika Konqresi keçirilib
19:50
-
Tələbələri alçaldan şəxs universitetdən xaric edildi
19:46
-
Azərbaycanda abortların sayı artır, doğum isə azalır - Səbəb nədir?
17:03
-
Məktəbdə elektron siqaret çəkənlərlə bağlı araşdırma aparılır
18:39
-
Ayan qızını məktəbə yola saldı - FOTOLAR
17:48
-
Körpəsini xəstəxananın həyətində dünyaya gətirdi
14:17
-
Dilarə Əliyeva Türkiyədə fotosessiya etdirdi - FOTOLAR
13:14
-
Gəncədə gəlin maşını işıq dirəyinə çırpıldı
21:40
-
Göz ətrafındakı sarı ləkələr infarkt riskini 3 dəfə artırır
21:39
-
“Miqrantları silah gücü ilə deportasiya edəcəyik” - Almaniyada qalmaqal
12:18
-
Bakıda bu yollar bağlıdır - Sürücülərin nəzərinə!
12:07
-
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
01:35
-
Dünyanın ən varlı insanlarının siyahısı - TOP 10 AMERİKALILARDIR
23:01
-
HITMAKER payızın ilk hitini təqdim etdi - NƏ ƏCƏB SƏNDƏN? - VİDEO
11:44
-
Aytəkinin qardaşı nişanlandı - FOTOLAR
22:16
-
Nikahdankənar doğulan uşaqların sayı açıqlandı
20:37
-
71 yaşlı qadının sol əvəzinə sağ ayağını əməliyyat ediblər?
17:58
-
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - RƏSMİ AÇIQLAMA
14:31
-
Apple iPhone 18 Pro və 18 Pro Max-ı təqdim etdi
00:10
-
Xaricdən mal gətirənlərin diqqətinə - QAYDALAR DƏYİŞİB
20:46
-
Fatma Mahmudova qızının nişanını qaytardığını açıqlayıb
19:34
-
Leyla və Arzu Əliyevalar qızları ilə Madriddə - FOTOLAR
15:31
-
10 il sonra insanların işləməsinə ehtiyac olmayacaq - İLONDAN ŞOK PROQNOZ
12:39
-
Şəkiyə evlilik ildönümünü qeyd etmək üçün gedibmiş...
12:19
-
Sentyabrda varlanacaq 4 bürc: Maliyyə qapıları açılır
12:16
-
Türkiyəyə ət aparan qadın ətə görə gömrükdə mübahisə etdi
21:41
-
Suraxanıda 14 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb -
19:53
-
“Şəki yaylası”nda kanat qırıldı - 2 NƏFƏR DÜNYASINI DƏYİŞDİ - FOTOLAR
19:35
-
Leyla Əhmədova ev dustaqlığına buraxıldı
18:22
-
Leyla Əhmədova həbs olundu DƏLƏDUZLUQDA İTTİHAM OLUNUR
17:28
-
Elza Seyidcahan Leyla Əhmədovanın saxlanılması xəbərindən danışdı
16:13
-
Media və Yayım Şurasına sədr və üzvlər təyin edildi - SİYAHI
14:14
-
İlham Mirzəyevin vəziyyəti ağırdır
11:33
-
"Mənim ən böyük qazancım sənsən" - GÜNAYI BELƏ TƏBRİK ETDİ
22:42
-
“Nə vaxta kimi dost-tanış mənə yardım edəcək?"
19:17
-
4 reklamdan 4 milyon dollardan çox pul qazandı
16:16
-
Prezident Əziz Səncəri “Şərəf” ordeni ilə təltif etdi
15:18
-
"Məscidə gəlib dua edəndə cərimə olundum"
14:45
-
Üç övladı olanların nəzərinə:iz 420 manat ala bilərsin
12:24
-
Əməkdar artist komaya düşüb
12:18
-
Nigar Camalın doğum günü ppstu - 40 YAŞDAN SONRA…
12:04
-
Günay göz yaşlarını saxlaya bilmədi - SOSİAL ŞƏBƏKƏNİ ÇALXALAYAN - VİDEO
23:31
-
Aygün Kazımova Moskvada solo konsert verəcək - 13 DEKABR
20:08
-
“İnanırıq ki, bu sınaqdan üzüağ çıxacaqsan”
19:32
-
Bu il Avroviziyaya Murad Arif gedir?
17:14
-
Şuşada qayalara ad yazan turistləri nə gözləyir? - XARİCDƏ CƏZASI HƏBSDİR
16:24
-
Röya Ayxan və Kazım Candan yeni duet - DOSTA
14:55
-
Şou-biznesdə ilin ən böyük sürprizi - Aygün və Namiq 16 ildən sonra “Gəlirəm”
11:48
-
“Daxilimdəki cəhənnəmi cənnətə çevirən ailə“ - CORCDAN TƏSİRLİ POST
09:33
-
Emin ilk dəfə etdiyi oğurluqdan danışdı - 15 YAŞIM VAR İDİ…
19:16
-
Mehriban, Polad və Mübariz bu il məktəbə qədəm qoyurlar
19:00
-
Bu gündən ölkəyə gətirilən mallar manatla bəyan ediləcək
18:57
-
"Araz" supermarketdən cavabsız qalmayan yaxşılıq - TƏSİRLİ REAL HADİSƏ
16:09
-
Lalə Azərtaşın qızı Böyük Britaniyada universitetə qəbul oldu
12:41
-
Həkimlərin maaş artımı Mehriban Əliyevanın təşəbbüsüdür - 3 MİN MANATADƏK YÜKSƏLİŞ VAR
14:39
-
Bakıda 3500 manata “cin çıxaran” qadın saxlanıldı
11:56
-
Burnunu it dişləyən xəstəyə yenisi formalaşdırıldı
02:09
-
16 il sonra yeni duet gəlir
22:55
-
Lamiyyə Ələkbərovaya televiziyada yeni vəzifə verildi
16:35
-
Birinci xanımların Bişkekdə görüşü - FOTOLAR
16:05
-
İlham Əliyev Putinlə söhbət etdi FOTOLAR
14:15
-
İsa doğum gününü doğmaları ilə qeyd etdi - FOTOLAR
14:11
-
Yusif Eyvazov Anna Netrebko ilə yenidən eyni səhnədə
15:28
-
“Yaxşı ki, tibbə qəbul olmadım” - 617 balla baytarlığı seçən Xaliq
21:28
Günün çox oxunanları
Həftənin çox oxunanları