Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Evdə iynə vurduran Naftalan sakini anafilaktik şok nəticəsində ölüb

Evdə iynə vurduran Naftalan sakini anafilaktik şok nəticəsində ölüb

Naftalanda səhhətində yaranmış problemlə bağlı iynə vurduran şəxs anafilaktik şok nəticəsində dünyasını dəyişib.  
"Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə Naftalan şəhərində qeydə alınıb.   Naftalan sakini, 1986-cı il təvəllüdlü D.Qasımov səhhətində yaranmış problemlə bağlı yaşadığı evdə iynə vurdurub. Lakin o, anafilaktik şok keçirib və dünyasını dəyişib.  
Faktla bağlı Naftalan şəhər Prokurorluğunda araşdırmalara başlanılıb.