Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Altı yaşlı uşaq evdə yanaraq öldü - Bakıda DƏHŞƏT

Altı yaşlı uşaq evdə yanaraq öldü - Bakıda DƏHŞƏT

Bakıda yanğın baş verən mənzildə altı yaşlı uşağın meyiti aşkarlanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib. 

Paytaxtın Pirallahı rayonunda yanğın nəticəsində bir dam altında tikilmiş ümumi sahəsi 215 kvadratmetr olan birmərtəbəli, beşmənzilli binanın (taxta konstruksiyalardan ibarət ümumi həyət tipli ev) yanar konstruksiyaları ümumilikdə 155 kvadratmetr sahədə yanıb.

 

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən iki nəfər bina sakini xilas edilib. Yanğının kəşfiyyatı zamanı 2015-ci il təvəllüdlü Ələsgərov Emil Elkin oğlunun meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparır.