Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Türkiyədə azərbaycanlı bıçaqlandı

Türkiyədə azərbaycanlı bıçaqlandı

Türkiyənin Çorum şəhərində Azərbaycan vətəndaşına hücum edilib.

İnsident ötən gecə baş verib.

Məlumata əsasən, gecə saatlarında Kadeş Barış meydanında iki nəfər arasında başlayan mübahisə daha sonradan davaya çönüb. Nəticədə, azərbaycanlı U.Yusifov bıçaqlanıb.

 

Bildirilir ki, şahidlər polisə xəbər verib və hadisə yerinə təcili tibbi yardım çağırılıb. Yusifova yerində müdaxilə edildikdən sonra xəstəxanaya aparılıb.

Qeyd olunur ki, insidentlə əlaqəli 1 nəfər polis tərəfindən saxlanılıb. Hadisə yerindən qaçdığı bildirilən 2 şübhəlinin saxlanması üçün tədbirlər davam edir.

Faktla bağlı araşdırma başlanılıb.