Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

8 mart günü valideynlər uşağı metroda udunub düşüb - BAKI METROSUNDA ŞOK OLAY

8 mart günü valideynlər uşağı metroda udunub düşüb - BAKI METROSUNDA ŞOK OLAY

"Mart ayının 8-i saat 15:30 radələrində Bakı metrosunda itkin düşən azyaşlı uşaq tapılaraq valideynlərinə təhvil verilib". 

Bunu “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.

Onun sözlərinə görə, uşaq metronun “Nəriman Nərimanov” stansiyasında tapılıb: “Uşağın valideynləri metronun “28 May” stansiyasında düşüblər və uşaq unudulub. Daha sonra isə uşaq metropoliten və polis əməkdaşları tərəfindən depoya gedən qatarda “Nəriman Nərimanov” metro stansiyasında tapılıb və valideynlərinə təhvil verilib”.