Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Əri ilə telefonda danışdıqdan sonra özünü öldürmək istədi - AZƏRBAYCANDA DƏHŞƏT

Əri ilə telefonda danışdıqdan sonra özünü öldürmək istədi - AZƏRBAYCANDA DƏHŞƏT Lənkəranda 30 yaşlı qadın intihara cəhd edib. APA TV xəbər verir ki, hadisə rayonun Darquba kəndində baş verib. Kənd sakini, 1988-ci il təvəllüdlü Abbasova Zülfiyyə Qəribəli qızı ailə münaqişəsi zəminində atası evində sirkə turşusu içərək intihar etmək istəyib. O, yaxınları tərəfindən Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb və vəziyyəti orta ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. Məlumata görə, münaqişə Z.Abbasova ilə həyat yoldaşı arasında baş verib. O, əri ilə telefon danışığından sonra məlum hadisəni törədib. Faktla bağlı araşdırma aparılır.