Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

İyirmi min könüllü vaksin naminə bilərək ölümə atıldı - dünya şokda

İyirmi min könüllü vaksin naminə bilərək ölümə atıldı - dünya şokda Yeni tip koronavirusun müalicəsi üçün hələlik dərmanlar tapılmadığından könüllülər SARS-CoV-2 virusuna deyil, həmin ailədən oxşar virusa yoluxdurulacaqlar. İyirmi min könüllü koronavirusa qarşı vaksinin tapılması naminə onların üzərində təcrübə aparılmasına razı olub. Sputnik Azərbaycan “The Wall Street Journal”a istinadla xəbər verir ki, könüllülər Britaniyanın “hVIVO” qrupunun proqramına yazılıblar. Bildirilir ki, yeni tip koronavirusun müalicəsi üçün hələlik dərmanlar tapılmadığından könüllülər SARS-CoV-2 virusuna deyil, həmin ailədən oxşar virusa yoluxdurulacaqlar. Yoluxmadan sonra onlar iki həftə karantində qalacaqlar. Təcrübədə iştirak edən hər kəsə 3500 Britaniya funtu ödəniləcək.