Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Məktəbdə şagirdin cibindən telefon oğurlandı - BAKIDA

Məktəbdə şagirdin cibindən telefon oğurlandı - BAKIDA

Musiqi məktəbində şagirdin telefonu oğurlandı. 

Şikayət sosial şəbəkələrdə paylaşılıb. Belə ki, Bakının Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində yerləşən 11 nömrəli Onbirillik Musiqi Məktəbində oxuyan şagirdlərdən birinin valideyni musiqi məktəbində baş verən oğurluq hadisələrindən narazılığını bildirib.

 

O bildirib ki, ötən gün sözügedən məktəbdə qızının gödəkcəsinin cibindən mobil telefonu oğurlanıb:

 

"Qızım gödəkcəsini qarderobda (paltarı saxlamaq üçün xüsusi yer) asaraq musiqi dərsinə girib, telefon isə gödəkcənin cibində qalıb. Dərs bitəndən sonra isə gəlib görüb ki, mobil telefon yoxdur. Bu həmin məktəbdə ilk hadisə deyil. Yüzlərlə uşağın musiqi təhsili aldığı bu məktəbin mərtəbələrində, koridorlarında, nə bilim qarderobun üstündə kameralar yoxdur. Girişə qoyulmuş kamera ilə isə heç nə aydınlaşdırmaq olmur. Bu məktəbdə bu qədər uşaq təhsil alır, amma içəridə kameralar yoxdur.

 

Qızımdan əvvəl bu yaxınlarda bir uşağın gödəkcəsinin cibindən 17 manat oğurlanıb. Ondan əvvəl də xoşagəlməz hadisə baş verib. Ötən il isə patlarını qarderobdan asan şagirdlərdən biri dərsdən çıxanda gəlib nə görsə yaxşıdır? Gödəkcəsi ümumiyyətlə yoxdur, yoxa çıxıb. Bütün bunlar baş verə-verə həmin o qarderob görünən yerə kamera quraşdırılmır. Oğurluqla bağlı dünən "102” Zəng Mərkəzinə məlumat verdik, polis məsələni araşdırır”.  

 

Valideyn musiqi məktəbində uşaqların təhlükəsizliyi və digər hər hansı yaşana biləcək problemlerlə bağlı təhlükəsizlik kameralarının quraşdırılmasının vacib olduğuna diqqət çəkib.

 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanlanıb. Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, aidiyyəti üzrə şikayət qəbul olunub, araşdırma aparılır.