Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Ana və iki övladı dəm qazından zəhərləndi, 9 yaşlı qız öldü - AZƏRBAYCANDA

Ana və iki övladı dəm qazından zəhərləndi, 9 yaşlı qız öldü - AZƏRBAYCANDA

Zaqatalada bir ailənin üç üzvü dəm qazından zəhərlənib.

APA-nın məlumatına görə, hadisə günorta saatlarında Zaqatala şəhəri, Nizami küçəsi 88 ünvanında baş verib.

İlkin məlumata görə, həmin ünvanda kirayədə yaşayan rayonun Suvagil kənd sakinləri olan 1988-ci il təvəllüdlü Lena Ramazan qızı Kərimova, onun iki övladı - 2010-cu il təvəllüdlü Polad Eldəniz oğlu Məmmədov və 2012-ci il təvəllüdlü Aylin Eldəniz qızı Məmmədova dəm qazından zəhərlənib.

 

Zəhərlənənlərdən 9 yaşlı Aylin Məmmədova hadisə yerində ölüb. L.Kərimova və 12 yaşlı P. Məmmədov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

 

Onların vəziyyəti orta-stabil qiymətləndirilir.