Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

ABŞ koronavirusa yoluxma sayına görə liderdir - Mindən çox insan ölüb

ABŞ koronavirusa yoluxma sayına görə liderdir - Mindən çox insan ölüb

ABŞ koronavirusa yoluxma hallarının sayına görə dünyanın bütün dövlətlərini qabaqlayıb. 

Bu barədə məlumat Oxu.Az-ın onlayn koronavirus statistikasında qeyd olunub.  

 

Göstəricilərə görə, son yoluxma halları ilə birlikdə ABŞ-da xəstələrin sayı 82 min 179 nəfərə yüksəlib. 

Bu göstərici həm virusun mənbəyi olan Çin, həm də Avropada ən çox yoluxmanın qeydə alındığı İtaliyadan çoxdur.  

ABŞ-da ölənlərin sayı isə son göstəricilərə görə, 1177 nəfərdir.